“Azəryolservis”dən XƏBƏRDARLIQ: “20 yanvar” dairəsi təmirə dayanır
Adı çəkilən ərazidə genişləndirmə işləri aparılır
Bakının "20 yanvar" dairəsi adlanan ərazisində genişləndirilmə işlərinə başlanılıb.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Lent.az-a daxil olan məlumata görə, Alı Mustafayev küçəsinin Cavadxan küçəsi ilə kəsişməsində yerləşən yol ötürücüsündən gələn nəqliyyat vasitələri “20 yanvar” ərazisinə daxil olan zaman müəyyən sıxlıqla qarşılaşdığı üçün nazirlik burada genişləndirmə işlərinə başlayıb.
Həmin ərazidə yerləşən üçbucaq şəkilli təhlükəsizlik adaları götürülərək genişləndirilmə işlərinə start verilib. Bundan əlavə, həmin hissədə hündürlüyü 50 santimetr olan təkərqaytanlar mərmər səki daşları ilə əvəzlənəcək. Eyni zamanda avtobus və taksi dayanacaqlarının da genişləndirilməsi planlaşdırılır.