“AZƏRTAC xəbər verir” filmi Azərbaycan Televiziyasında yayımlanacaq
Bakı, 3 mart,
AZƏRTACXəbər verdiyimiz kimi, 95 illik yubileyi münasibətlə
AZƏRTAC-ın tarixindən, fəaliyyətindən bəhs edən 43 dəqiqəlik “
AZƏRTACxəbər verir” adlı sənədli film hazırlanıb. Agentliyin öz istehsalı olan filmin ideya müəllifi
AZƏRTAC-ın baş direktoru Aslan Aslanovdur.
Film martın 3-də Azərbaycan Televiziyasında yayımlanacaq.
Ölkənin tanınmış ictimai-siyasi xadimlərinin agentlik haqqında fikirlərini bölüşdüyü filmdə
AZƏRTAC-ın informasiya yayımı sahəsində təcrübəsindən söhbət açılır. Bildirilir ki, düz 95 ildir agentlik Azərbaycan tarixinin salnaməsini yaradır. Ölkənin ən vacib hadisələrinin işıqlandırılmasında
AZƏRTACdaim öndə gedir. Agentlik ölkədə keçirilən beynəlxalq sərgilərdən, konfranslardan reportajları təkcə sayt üçün hazırlamır. Bu xəbərlər ölkə qəzetlərində və elektron mətbuatda da yer alır.
Filmdə diqqətə çatdırılır ki, 95 il əvvəl Azərbaycana və xalqımıza xidmət etməyə başlayan
AZƏRTACbu gün də informasiya sükanının arxasındadır. Azərbaycanın ilk qəzeti “Əkinçi”, ilk jurnalı “Molla Nəsrəddin” olduğu kimi, ilk informasiya agentliyi də
AZƏRTAC-dır. Ölkəmizin milli dəyərləri sırasında layiqli yerini tutan
AZƏRTACdaim yenilənən informasiya sahəsində irəliyə doğru addımlayır və Azərbaycan reallıqlarını dünyaya çatdırır.
Martın 3-də axşam xəbərlərindən dərhal sonra AzTV-də yayımlanacaq “
AZƏRTACxəbər verir” filmini izləməyi unutmayın.