“Azərreyl” CEV Kuboku ilə vidalaşdı
Voleybolçularımız “Lonqa 59”a uduzdu
Voleybolçu qadınlardan ibarət “Azərreyl” klubu Avropa Voleybol Konfederasiyası (CEV) Kubokunda mübarizəni dayandırıb. Lent.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi 1/16 final mərhələsindəki rəqibi “Lonqa 59” (Hollandiya) klubuna səfərdə də 2:3 hesabı ilə uduzub.
“Azərreyl” ilk iki seti 25:22 və 25:19 hesablı qələbələrlə başa vurub. Lakin Faiq Qarayevin komandası sonrakı setlərdə üstünlüyünü qoruya bilməyərək əvvəlcə 17:25 və 25:27, “tay-brek”də isə 13:15 hesabı ilə yenilib.
“Azerreyl” noyabrın 4-də Quba Olimpiya Kompleksində keçirdiyi ilk görüşdə də 2:3 hesabı ilə uduzduğundan, yekun nəticədə turnirlə vidalaşmalı olub.