Azərbaycanlıların İrəvana axını (VİDEO)
Dünən Ermənistan paytaxtı İərvanda iranlı müğənnilər Nasrollah Moein və Leila Forouharın konserti olub.
ANS PRESS-in məlumatına görə, reklam bukletləri fevralın 1-dən yayılan konsertə İrandan gələn tamaşaçıların böyük hissəsini azərbaycanlılar təşkil edib. Onlar əsasən Cənubi Azərbaycandan gəlmiş etnik azərbaycanlılar olub. BBC-nin müxbiri İrəvan küçələrində onlara yaxınlaşaraq Azərbaycan dilində müsahibə alıb və müsahibə zamanı dəfələrlə onların milliyyətcə azərbaycanlı olması vurğulanıb. Onlar konsertə gəlmələri ilə yanaşı Ermənistan paytaxtını görmək istədiklərini bildiriblər.
Qeyd edək ki, Ermənistan paytaxtına İran azərbayjanlılarının axını İrəvan ermənilərində həmişə narahatlıq doğurur. Onlar İrəvanda “turken mahla”, yəni türk məhəlləsi deyilən səmtdə kirayədə qalırlar və bazarda alver edirlər. Bazarlarda, avtobuslarda tez-tez Azərbaycan dilində danışıq eşitmək mümkündür. Bu məsələ hətta Ermənistan parlamentinə çıxarılıb. Deputatlar hətta “Əgər biz hər gün türkcə danışıq eşidəcəyiksə, Qarabağ müharibəsini niyə elədik?” deyə sual veriblər. İrəvanda İran vətəndaşı olmasına baxmayaraq etnik azərbaycanlılara hücumlar edilməsi barədə xəbərlər də mətbuatda yer alır.
Mənbə
ANS PRESS