Ölkə

Azərbaycanlıların bazarı yenə yandı

Metbuat.az

Kazanda azərbaycanlı iş adamına məxsus "Admiral" ticarət mərkəzi yanğından sonra yenidən tüstülənməyə başlayıb.



ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yanan ticarət mərkəzində tüstü 5 metr hündürlüyə çatıb.



Ehtimal olunur ki, hadisə yerində işləyən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qaynaqla dəmir konstruksiyaları kəsən zaman yanğın baş verib.



Hazırda ticarət mərkəzinin dağıdılmış konstruksiyaların yığılması davam edir. Yanğının nəticələrinin aradan qaldırılması üçün 900-dən çox insan və 184 texnika hadisə yerinə cəlb edilib.



Son məlumatlara görə, ticarət mərkəzində baş verən yanğında 15 nəfər həlak ölub. Ölənlərin kimliyini müəyyən etmək üçün istintaq genetik ekspertiza təyin edib. Ölənlər arasında azərbaycanlılar da var.



Tatarstanın səhiyyə nazirinin müavini İldar Fatixov ölən şəxslərin cəsədlərin yaxınlarına verilməsi prosesinin başlandığını deyib.



Qeyd edək ki, “Admiral” ticarət mərkəzində yanğın martın 11-də baş verib. Ticarət Mərkəzinin direktoru Hüseyn Qəhrəmanov aparılan istintaq çərçivəsində saxlanılıb.





Mənbə
ANS PRESS