Ölkə

Azərbaycanlılar Ankarada Novruz bayramı münasibətilə tədbir keçirib

Metbuat.az

Bu barədə “Report”a Azərbaycaının Türkiyədəki səfirliyindən məlumat verilib.


Tədbir zamanı səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova səfir Faiq Bağırov adından çıxış edərək, Novruz bayramının mahiyyəti, tarixi və türkdilli xalqlarının yaxınlaşmasına verdiyi töhfələrdən söz açıb. Daha sonra Qazi Universiteti magistr tələbəsi Söhrab İsmayılov, Türkiyənin Mermur-sen Konfederasiyasının rəhbəri Ahmet Gündoğdu və diaspor adından Professor Həmdulla Mehrabov çıxış edib.


Tədbirdə Azərbaycan tələbələri tərəfindən hazırlanmış musiqi proqramı nümayiş etdirilib.