Digər

Azərbaycanlı tələbələrin Ukraynada Novruz festivalı (FOTO)

Metbuat.az

Ukraynada Azərbaycanlı Gənclər Birliyinin (SAMU) fəalları Herson vilayətində Novruz Bayramı münasibətilə festival keçiriblər. ANS PRESS-in məlumatına görə, Festival Herson Dövlət Universitetində (HDU) təşkil olunub.



SAMU-nun sədri Bəhruz Mehdiyev tədbiri təbrik nitqi ilə açaraq bildirib ki, Novruz yazın, təmizliyin və dostluğun bayramıdır. Tədbirdə azərbaycanlı tələbələr milli rəqslər ifa edib, qonaqlara Novruz bayramının adət-ənənələri haqqında məlumat veriblər. Həmçinin Azərbaycanın milli mətbəxinin təamlarının sərgisi də təşkil olunub.



Festivalın qonaqları azərbaycanlı tələbələrə maraqla yanaşır, bayramın adət və ənənələri ilə maraqlanırdılar.


Keçirilən tədbirdə fəxri qonaqlar arasında universitetin prorektoru Sergey Kuznetsov, Herson vilayətinin tanınmış aktyoru, Ukraynanın əməkdar mədəniyyət işçisi, HDU-nun dekanları, pedaqoqları da olub.














Mənbə
ANS PRESS