Azərbaycanlı qadınlar Ukraynada toplaşdı (FOTO)
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun “Qadınları Şurası” Novruz bayramı ilə bağlı dəyirmi masa keçirib.
ANS PRESS-in məlumatına görə, iclasda xanımlar Azərbaycan mədəniyyətinin tanıdılması və Donetskdən, Luqanskdan qaçqın düşmüş uşaqlara yardım göstərilməsi ilə bağlı tədbirlər planı hazırlayıblar.
“Qadınlar Şuras”ı bu yaxınlarda müstəqil təşkilat kimi qeydiyyatdan keçməyə hazırlaşır. Bununla bağlı sənədləşmə işləri aparılır və yaxın günlərdə bu məsələ həllini tapacaq.
UABD-nin sədri Hikmət Cavadov gender bərabərliyinə toxunaraq Ukraynada azərbaycanlı qadınlar birliyinin yaranmasının və xanımların bu ölkədə geniş ictimai fəaliyyətinin ümumiləşdirilərək daha böyük məqsədlərə nail olmasının vacibliyini vurğulayıb.
Bu arada Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) Ukraynanın Jitomir şəhərinin müxtəlif yerlərində Novruz bayramı ilə bağlı təbrik lövhələri yerləşdirib.
ANS PRESS