Mədəniyyət
Azərbaycanlı ifaçı Elnarə Türkiyədə konsert proqramı ilə çıxış edəcək
Bakı, 16 mart,
AZƏRTACMüğənni Elnarə Xəlilova Türkiyədə məşhur Enbe Orkestrinin müşayiəti ilə konsert verəcək. TRT Avaz televiziya kanalının təşkil etdiyi musiqi axşamı Novruz bayramına həsr olunacaq.
Müğənni AZƏTRAC-a bildirib ki, iki saat davam edəcək konsert martın 21-də TRT Avaz telekanalı ilə canlı yayımlanacaq. Konsertdə ifaçı xalq və klassik Azərbaycan mahnılarını səsləndirəcək.
E. Xəlilova səhnəni Türkiyənin ustad sənətçisi Kubatla bölüşəcək.