Digər

Azərbaycanlı fəallar tutuldular

Metbuat.az
Tiflisdə Saakaşvilinin azərbaycanlı tərəfdarları saxlanılıblar

Tiflisdə Gürcüstan Azərbaycanlılarının Tələbə Assosiasiyasının (GATA) sədri

Samir İsmayılov

saxlanılıb.



Anspress

-in

vesti.az

-a istinadla verdiyi məlumata görə, müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri

Ramin Bayramov

Tiflisdə hüquq-mühafizə orqanları Samir İsmayılovu və onun komandasını saxlaması barədə saat təqribən 01.30-da xəbər tutub. Onlar Tiflisin mərkəzi Vake rayonunda tutulublar.



S.İsmayılov Gürcüstan Azərbaycanlıları Hərəkatının banisidir. Saxlanılanlar arasında onun həyat yoldaşı, həmçinin

Elxan Nabiyev

, təşkilatın rəhbəri

Aslan Məmmədov

, iki fəal

Azər Ömər

Tamerlan Məmmədov

, eləcə də "Azad zona" aktivisti

Aqil Mustafayev

var.



Maraqlıdır ki, saxlananlara kiməsə zəng etmək və tutulma haqqında məlumat vermək qadağan edilib. Təbii ki, bu, insanın hüquqlarının açıq şəkildə pozulmasıdır. Onları Daxili İşlər Nazirliyinin mərkəzi binasına aparıb, səhərə qədər orada saxlayıblar.



Milli.Az