Digər
Virtualaz.org
Milli.Az
Azərbaycanlı avtoritetin 11 adamı həbs olundu
Rusiyanın Çelyabinsk vilayətinin güc strukturlarının keçirdiyi əməliyyat zamanı azərbaycanlı kriminal avtoritet
İlham Osmanovun qruplaşmasına daxil olan 11 nəfər tutulub.
Virtualaz.org
saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, əməliyyat martın 11-də keçirilib. Saxlanılanlar Osmanovun “sağ əli” hesab olunan 45 yaşlı
Rəhman Abdullayevvə qruplaşmanın daha 10 üzvüdür.
Xatırladaq ki, İlham Osmanov özü martın 3-də həbs olunub. Onu iş adamından reketlik yolu ilə 11 milyon rubl və “Volkswagen Passat” avtomobilini almaqda ittiham edərək həbs ediblər. İlham Osmanov Çelyabinsk vilayəti üzrə “smotryaşiy”dir.
Milli.Az