Ölkə
Azərbaycanın Ukraynadakı səfiri Milli Aviasiya Universitetinin məzunlarının diplom təqdimatı mərasimində iştirak edib
Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukrayna Milli Aviasiya Universiteti magistratura pilləsinin məzunlarının diplom təqdimetmə mərasimində iştirak edib. Səfirlikdən "Report"a verilən məlumatına görə, səfir çıxışında məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, səfirliyin Milli Aviasiya Universiteti ilə əməkdaşlığı barədə danışıb.
Eynulla Mədətli məzunlar arasında mühəndis-mexanik təhsilini bitirmiş azərbaycanlı tələbə Ağamehdi Mehdiyevlə söhbət edib, gələcək planları ilə maraqlanıb.
Tədbir çərçivəsində səfir universitetin rektoru Nikolay Kulik ilə görüşüb. Görüşdə rektor universitetdə təhsil alan azərbaycanlı tələbələrin təhsil və davranışlarından məmnunluğunu bildirib.