Ölkə

Azərbaycanın müdafiə naziri Xorvatiyanın Prezidenti ilə görüşüb

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

 


Martın 11-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovu Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç qəbul edib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulanaraq, səfərin məsuldar keçdiyi və hərbi sahədə əməkdaşlığa töhfə verəcəyinə, o cümlədən əlaqələrin daha da genişlənəcəyinə əminlik bildirilib.


Görüşdə təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.