Ölkə
Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə 2014-cü il üzrə hesabatı aprelin 3-də Milli Məclisdə dinləniləcək
[ 29 Mart 2015 10:47 ]
Bakı. Mübariz Aslanov - APA. Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2014-cü il üzrə hesabatı Milli Məclisə daxil olub.
Parlamentdən APA-ya verilən məlumata görə, hesabat aprelin 3-də dinləniləcək.
Hesabatı Azərbaycan daxili işlər nazirinin müavini, Milli Koordinator Vilayət Eyvazov təqdim edəcək.