Digər
Azərbaycanın cənubunda zəlzələ olub
[ 22 Mart 2015 10:15 ]
Bakı – APA. Azərbaycan ərazisində zəlzələ olub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ martın 22-si saat 03:33-də Lerik rayonu ərazisində qeydə alınıb.
Maqnitudası 3,0 olan, 12 km dərinlikdə baş verən yeraltı təkan hiss olunmayıb.