Azərbaycanın bütün bölgələrində olmaq arzusundayam
Gəncə, 19 mart,
AZƏRTACÖlkəmizin sürətli inkişafı haqqında məlumatı demək olar ki, televiziya vasitəsilə əldə edirdim. Ancaq Prezidentimiz İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə səfər edərkən məndə respublikamızın gözəlliklərini seyr etmək üçün Azərbaycanın bütün bölgələrini gəzmək arzusu yarandı.
Bu sözləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən Naxçıvan Muxtar Respublikasının Çeşməbasar kənd orta məktəbinin XI sinif şagirdi Nuray Həsənova
AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, yaşadığımız ölkənin tarixi, qədim adət-ənənələri, keşmişi, maddi-mədəniyyət abidələri haqqında ancaq kitablarda oxuyurdum. İndi isə bütün bunları Gəncənin timsalında öz gözlərimlə görürəm. Artıq ikinci gündür ki, respublikamızın qərb bölgəsindəyik. Gəncə ilə tanışlıqdan sonra Şəmkirdə və Göygöldə olacaq, bu rayonlar haqqında da ətraflı məlumat əldə edəcəyik. Bu imkanı bizə yaradan Prezident İlham Əliyevə qrupumuzun üzvləri adından minnətdarlığımı bildirirəm.