Ölkə

Azərbaycanda yol qırğını: 5 ölü, 23 yaralı

Metbuat.az

Çərşənbə gününün dəhşətli statistikası

Martın 25-də Azərbaycan yollarında baş vermiş avtomobil qəzaları 5 nəfərin həyatına son qoyub. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, dünən gün ərzində ümumilikdə 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə dünyasını dəyişən 5 nəfərdən başqa 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dünən baş verən qəzalardan ən dəhşətlisi Mingəçevirdə olub. Şəhərdə sərnişin avtobusunun da iştirakı ilə qeydə alınmış zəncirvari qəza 3 nəfərin həyatına son qoyub. Daha 10 nəfər isə yaralanıb.

Ölümlə nəticələnən digər iki qəza isə Bakıda qeydə alınıb.

Hər bir fakt üzrə araşdırmalar aparılır.