Digər
Azərbaycanda xüsusi təyinatlı ali məktəblərdə bakalavriat və magistratura səviyyəsində “İnformasiya-təhlil fəaliyyəti” ixtisası tədris olunacaq
[ 10 Mart 2015 15:16 ]
Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti Milli Təhlükəsizlik Nazirliyinin təklifini nəzərə alaraq “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişikliklər edib.
APA-nın məlumatına görə, dəyişiklik xüsusi təyinatlı ali məktəblərdə ixtisasların sayının artırılması ilə bağlıdır.
Dəyişikliyə əsasən, xüsusi təyinatlı ali məktəblərdə bakalavriat və magistratura səviyyəsində yeni ixtisas - “İnformasiya-təhlil fəaliyyəti” ixtisası tədris ediləcək.
Qərar imzalandığı gündən qüvvəyə minir.