Digər
Azərbaycanda Rusiya vətəndaşına məxsus obyektdən oğurluq edən şəxs tutulub
[ 24 Mart 2015 12:36 ]
Bakı. Fuad Cəfərov - APA. Bakıda oğurluq edən şəxs saxlanılıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də Rusiya Federasiyasının vətəndaşı Xanım Saxvanovaya məxsus kompüter salonundan 6 ədəd oyun kompüteri və 6 ədəd disk oğurlayan, habelə mağazadan oğurluğa cəhd göstərən Bakı şəhər sakini Elxan Məmmədov tutulub.