Ölkə

Azərbaycanda qadınlar hüquqi dövlət quruculuğunda fəal iştirak edirlər

Metbuat.az

Saatlı, 8 mart ,Mahir Babayev,

AZƏRTAC

Martın 6-da Saatlı şəhərindəki Gənclik Mərkəzində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.


AZƏRTAC

xəbər verir ki, rayonun ictimai siyasi həyatının müxtəlif sahələrində çalışan dövlət, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrə fəaliyyət göstərən qadınlar, şəhid anaları bayram süfrəsi arxasında toplaşıblar.


Tədbirdə çıxış edənlər bildiriblər ki, ümummilli lider Heydər Əliyevin yaratdığı sarsılmaz təməl üzərində tərəqqi edən və Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində böyük inkişaf yoluna çıxan ölkəmizin həyatında qadınlar fəal mövqe tuturlar. İndi Azərbaycan qadınlarının səsi dünyanın hər yerindən eşidilir. Onların təşkilatlanması və mövcud qadın təşkilatlarının birgə fəaliyyəti istiqamətində böyük işlər görülür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlər, mərhəmət və şəfqət prinsipləri əsasında həyata keçirdiyi layihələr xalqımızın ürəyincədir və bütün bunlar Azərbaycan qadının qələbəsidir.


Bayram şənliyi boyu Azərbaycana, analarımıza, Ulu Öndərə, Vətənimizin hüsnünə vəsf edilən şeir və mahnılar səslənib.