Digər

Azərbaycanda məhəbbət dramı

Metbuat.az

Tovuz rayonunda 24 yaşlı oğlan özünü öldürmək istəyib. Rayon polis şöbəsindən

anspress

-ə verilən məlumata görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.



Kənd sakini, 1991-ci il təvəllüdlü

Sübhan Mahir oğlu Nağıyev

çoxlu dərman içib. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.



Həkimlər xəstənin vəziyyətinin ağır olduğunu bildiriblər.



Qeyd edək ki, bir neçə ay bundan əvvəl Sübhan Nağıyevin həyat yoldaşı rəhmətə gedib. Deyilənlərə görə, arvadını itirəndən sonra kişi hələ də özünə gələ bilməyib.



Ehtimal olunur ki, S.Nağıyev elə bu səbəbdən özünü öldürmək istəyirmiş.



Milli.Az