Digər

Azərbaycanda məhbus ölüb

Metbuat.az

Azərbaycanda məhkum ölümü qeydə alınıb.



APA

-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində baş verib.


 


Həmin müəssisədə cəza çəkən, Göyçay rayon sakini, 1965-ci il təvəllüdlü

Fəqani İsmayılov

un meyidi müəssisənin ayaqyolunda aşkar edilib. Məhkumun ölüm səbəblərini  müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.


 


Şəki Rayon Prokurorluğundan APA-ya məhkumun ölüm faktını təsdiqləyiblər.


 


Bildirilib ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.


 


Qeyd edək ki, dünyasını dəyişən məhkum F. İsmayılov 2008-ci ildə Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.



Milli.Az