Dünya
Azərbaycanda ilin qol kralı
2015-ci ildə Topaz Premyer Liqasında və Azərbaycan Kubokunda vurulan qolların sayı müəyyənləşib.
Milli.Az anspress-ə istinadən bildirir ki, iki turnirdə ümumilikdə 62 qol qeydə alınıb. Bunlardan 7-si avtoqol olaraq tarixə düşüb.
Premyer Liqanın bu ilə təsadüf edən 8 turunun 32 oyununda 67 qol vurulub ki, bunun da 6-sı avtoqol kimi qeydə alınıb. Ən çox "İnter"in futbolçuları fərqlənib - 12 qol (1-i avtoqol). "Qəbələ" 11 (2-si avtoqol), "Qarabağ" 10 (2-st avtoqol), "Simurq" və AZAL 9, "Neftçi" 7, "Xəzər Lənkəran" 5 (1-i avtoqol), "Bakı" və "Sumqayıt" isə 2 qol vurub.
Ən çox fərqlənən futbolçular Reynaldo Silvad və Freddi Mombonqodu. "Qarabağ"ın və AZAL-ın əcnəbiləri 5 dəfə rəqib qapılarına yol tapıb. "Simurq"dan Draqan Çeran komandasının uğuruna 4 qolla töhfə verib. 11 futbolçunun aktivində 2 qol var. Qalan 25 qola 21 ayrı futbolçu imza atıb. 6 avtoqol isə 6 ayrı futbolçunun passivindədi.
Milli.Az