Azərbaycanda ikinci təkan
Azərbaycanda bir gündə ikinci dəfə zəlzələ baş verib.
ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 15:22-də Pirquludan 13 km şimalda Şamaxı ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Dərinliyi 6 km olan təkanların maqnitudası 4,1 bal gücündə qeydə alınıb.
Qeyd edək ki, yerli vaxtla saat 14:59-da da zəlzələ baş verib. Təkanlar Pirquludan 13 km şimalda Şamaxı ərazisində baş verib. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Maqnitudası 4,1 bal gücündə olan zəlzələ 7 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, ötən gün də zəlzələ baş verib. Yerli vaxtla saat 23:45:00-də Xəzər dənizində 3,4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
MənbəANS PRESS