Azərbaycanda iki avtomobil kanala uçdu: ölənlər var
Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, avtoqəza ötən gün axşam saatlarında rayonun Seydan kəndi ərazisində qeydə alınıb.
27 yaşlı Mirteymur Abıyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Salyan-Şirvan yolu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı kanala düşüb. Avtomobildən çıxa bilməyən sürücü suda boğularaq dünyasını dəyişib.
Saatlı rayonunda da avtomobil kanala aşıb. Hadisə bu gün səhər saat 9.00 radələrində Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində qeydə alınıb. İmişli rayonunun Rəsullu kənd sakini, 1981-ci il təvəllüdlü Fərəcov Nizam Alim oğlu idarə etdiyi “KİA Cerato” markalı, 99 BF 664 dövlət nömrə nişanlı avtomobili idarə edərkən yoldan çıxararaq kanala aşırıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Hər iki faktla bağlı araşdırma aparılır.