Digər

Azərbaycanda hind kinolarını xatırladan qətl

Metbuat.az
İsmayıllıda hind filmlərinə bənzəyən cinayət hadisəsi törədilib

Ötən gün İsmayıllı rayonunda hind kinolarını xatırladan qətl hadisəsi baş verib.



Rayon prokurorluğundan

anspress

-ə verilən məlumata görə, hadisə səhər saat 10 radələrində İsmayıllı rayonunun Qurban Əfəndi kəndində qeydə alınıb.



64 yaşlı kənd sakini

Məhəmməd Əhməd oğlu Əhmədov

həmkəndlisi 62 yaşlı

Allahverdi Sədulla oğlu Rəhimov

u və həyat yoldaşı 56 yaşlı

Bahar Qəhrəman qızı Əhmədova

nı güllələyərək öldürüb. O, ov tüfəgi ilə atəş açıb.



Hadisəni törədən Məhəmməd Əhmədov saxlanılıb. Lakin onun halı pisləşdiyi üçün xəstəxanaya aparılıb. Həkimlər onun infarkt keçirdiyini bildiriblər. Hazırda M.Əhmədov xəstəxanada müalicə alır. Polis nəzarəti altında müalicə alan şübhəlinin vəziyyəti ağırdır.



Araşdırmalar zamanı hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub. Demə, Məhəmməd Əhmədov arvadı ilə qonşusunun sevgili olmasından şübhələnib. Çünki o, bir vaxtlar arvadı Bahar Əhmədova ilə qonşusu Allahverdi Rəhimovu birlikdə görübmüş. Vaxtilə hansısa səbəbdən bunu araşdırmaq istəməyən qısqanc ər illər ötdükdən sonra haqq-hesab çəkmək istəyib.



Bu səbəbdən də, ov tüfəngilə silahlanıb və səhər-səhər kənddə, ATS kimi tanınan ərazidə camaatla birlikdə oturan Allahverdi Rəhimovun yanına gəlib. Silahı çəkib. “Sən məni ürəyimdən vurdun, indi mənim növbəmdir”, - deyərək qonşuların yanında Allahverdi Rəhimovu ürəyindən güllələyib.



Daha sonra evə gedən Məhəmməd Əhmədov heç bir söz demədən həyat yoldaşı Bahar Əhmədovanı da güllələyib.



Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Milli.Az