Azərbaycanda həcc ziyarətinə gedən zəvvar qrupunun rəhbəri öldürüldü
Qətlə yetirilən Tahir Talıbov həm də Azərbaycandan Həcc ziyarətinə gedən zəvvar qruplarından birinin rəhbəri imiş
Martın 14-də İçərişəhərdə baş verən qətl hadisəsinin maraqlı təfərrüatları məlum olub. Hüquq-mühafizə orqanlarından
report-a bildirilib ki, bıçaqla qətlə yetirilən
Tahir TalıbovBakı İslam Universitetinin məzunudur. O, İçərişəhərdə kirayələdiyi ofisdə dini kəbinlər kəsirmiş, həmçinin müraciət edən şəxslər üçün dualar yazırmış.
Din xadimi olan T.Talıbov ailə üzvləri ilə birlikdə Maştağa qəsəbəsində yaşayıb.
Hüquq-mühafizə orqanlarına məlum olub ki, T.Talıbovu qətlə yetirən şəxs taksiyə minərək ərazidən uzaqlaşıb. Taksi sürücüsü istintaqa verdiyi ifadədə qatilin paltarlarının qanlı olduğunu bildirib: “Mən bunun səbəbini soruşduqda cavab verdi ki, “qurban kəsmişəm, üstüm ona görə qandır”.
Qətlə yetirilən T.Talıbov həm də Azərbaycandan Həcc ziyarətinə gedən zəvvar qruplarından birinin rəhbəri olub. O, ümumilikdə 17 dəfə Həcc ziyarətinə gedib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri
Rəhimə Dadaşovaisə report-a bildirib ki, T.Talıbov QMİ-nin əməkdaşı olmayıb.
Qeyd edək ki, faktla bağlı Səbail Rayon Polis İdarəsi (RPİ) tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Milli.Az