Digər

Azərbaycanda gənələrin yeni növləri aşkar edilib

Metbuat.az

[ 30 Mart 2015 14:45 ]



Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun əməkdaşı aktinedid gənələrin ölkə faunası üçün  bir neçə yeni növünü  aşkar edib.

Zoologiya İnstitutundan APA-ya verilən xəbərə görə, Araxnologiya laboratoriyasının əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Oqtay Aslanov Qafqazın dağ-çöl və dağ-meşə qurşaqlarında apardığı araşdırma nəticəsində Qafqaz faunası üçün 1 yarımfəsilə, 1 cins, 4 növ, Azərbaycan faunası üçün isə 3 cins və 4 növ müəyyən edib. Abşeron, Xaçmaz və Lənkəran ərazilərində apardığı tədqiqatlar nəticəsində isə O.Aslanov dünyada ilk dəfə olaraq Spinibdella tenuirostris növünün (Bdellidae fəsiləsierkəyi və Neomolgus paracapillatus növünün dişisini tapıb.

 Qeyd etmək lazımdır ki, bu sahə üzrə müxtəlif illərdə bir çox alim tərəfindən araşdırmalar aparılıb. Lakin 1986-cı ildən bu günə kimi aktinedid gənələrin tədqiqatı  yalnız Oqtay Aslanovun adı ilə bağlıdır.