Digər

Azərbaycanda ər-arvad maşınla birlikdə dərəyə yuvarlandılar - FOTO

Metbuat.az

Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA

-nın verdiyi məlumata görə, qəza nəticəsində 2 nəfər xəsarət alıb.


 


Hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini olan 41 yaşlı

Əkbər Qəmbərov

“Mercedes Benz” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolda yağışdan yaranan gölməçədən avtomobili yayındırmaq istəyib. Bu zaman sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq dərəyə aşıb. Avtomobil əzilərək yararsız hala düşsə də, xoşbəxtlikdən, insan tələfatı baş verməyib. Sürücü Əkbər Qəmbərov və onun həyat yoldaşı

Rahilə Qəmbərova

baş və alın nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya aparılıblar.


 


Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.



Milli.Az