İdman

Azərbaycan velosipedçisi “Panevejis-2015” turnirinin qalibi olub

Metbuat.az

Bakı, 7 mart,

AZƏRTAC

Litvanın Panevejis şəhərində velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı “Panevejis-2015” turniri start götürüb.


AZƏRTAC

xəbər verir ki, yarışda Azərbaycan yığma komandasının 2 üzvü - Olqa İsmayılova və Nicat Niftəliyev də mübarizə aparır.


İlk yarış günü Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, 500 metr məsafəyə sprint növündə mübarizə aparan Olqa İsmayılova bütün rəqiblərindən üstün olmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, final yürüşündə rusiyalı Yelena Brejnevanı qabaqlayıb və sürətini 51.45 kilometr/saata çatdırmaqla finişi 34,985 saniyəyə keçib.


Turnirə martın 8-də yekun vurulacaq.