Digər
Trend
Milli.Az
Azərbaycan və Xorvatiya müdafiə nazirləri nələri müzakirə ediblər? - FOTO
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiya Respublikasına rəsmi səfəri başlayıb.
Trend
-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xorvatiyanın Müdafiə Nazirliyində general-polkovnik Z.Həsənovun Xorvatiya Respublikasının müdafiə naziri
Ante Kotromanoviçtərəfindən qarşılanma mərasimi keçirilib.
Protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra nazirlərin görüşü keçirilib.
Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində və ikitərəfli əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.
Milli.Az