Ölkə
Azərbaycan və Sudan Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı. 18 mart. REPORT.AZ/ Bakıda Azərbaycan xarici işlər naziri
Elmar Məmmədyarovvə Sudan xarici işlər naziri Əli Əhməd Karti arasında görüş keçirilib.
"Report" xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.
Bundan başqa, görüşün yekunlarına görə Azərbyacan və Sudan Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandum iki ölkənin XİN-ləri arasında məsləhətləşmələrin keçirilməsini nəzərdə tutur.