Digər

Azərbaycan və Pakistan birgə bəyanat imzalayacaqlar

Metbuat.az

Azərbaycan və Pakistan strateji tərəfdaşlıq üzrə birgə bəyanat imzalayacaqlar. Bəyanat Pakistan prezidenti

Məmnun Hüseyn

in Azərbaycana səfəri zamanı imzalanacaq.



Bu barədə

Trend

Pakistan prezidentinin rəsmi saytına istinadən məlumat verir.



Səfər martın 11-dən 14-dək davam edəcək.



M.Hüseyn səfər zamanı Azərbaycanın bir sıra yüksəkvəzifəli şəxsləri ilə görüşəcək.



Məlumatda deyilir ki, hər iki ölkənin yüksəkvəzifəli nümayəndələri birgə biznes-forumda da iştirak edəcəklər. Forumda ikitərəfli münasibətlərin, xüsusilə, iqtisadiyyat və ticarət sahələrində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq.



Səfər zamanı Pakistan Prezidentini ölkənin müdafiə sənayesi naziri

Rana Hüseyn

, digər nazirliklərin yüksəkvəzifəli məmurları, ticarət və sənaye sahələrinin təqribən 40 nümayəndəsi müşayiət edəcək.



Milli.Az