Ölkə

Azərbaycan və ATƏT insan alveri problemini müzakirə edəcəklər

Metbuat.az

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycan və ATƏT insan alveri problemini müzakirə edəcəklər.

Diplomatik mənbələrdən Trend-ə verilən məlumata görə, məsələ ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Madina Carbusınovanın Azərbaycana səfəri zamanı müzakirə olunacaq.

Martın 9-dan 13-dək davam edəcək səfər zamanı M.Carbusınova Azərbaycanın rəsmi şəxsləri, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az