Azərbaycan Universitetinin tələbələrinə ABŞ-da təhsil barədə məlumat verilib
Bakı, 16 mart,
AZƏRTACAzərbaycan Universitetinin tələbələri üçün ABŞ-da təqaüdlü təhsil imkanları ilə bağlı təqdimat mərasimi keçirilib.
Universitetdən
AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimində ABŞ universitetlərində təhsilin əmək bazarında yüksək nüfuza sahib olduğu və işə götürənlər tərəfindən yüksək qiymətləndirildiyi qeyd edilib.
Amerika-Azərbaycan Təhsil Mərkəzinin məsləhətçisi Leyla Həmidova iştirakçılara müraciətin göndərilməsi, ABŞ universitetlərinin tələbləri, tələb olunan imtahanlar (TOEFL və IELTS), esselərin hazırlanması qaydaları və təklif məktubunun alınması barədə ətraflı məlumat verib, bu ölkənin təhsil sistemi barədə sualları cavablandırıb.
Tədbirdə, həmçinin Amerika-Azərbaycan Təhsil Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verilib, tələbələrə müxtəlif bukletlər paylanılıb.