Ölkə

Azərbaycan Universitetində yaz semestrində təqaüd alacaq tələbələrin adları açıqlanıb

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

Azərbaycan Universitetində 2014/2015-ci tədris ilinin yaz semestrində daha 89 tələbə “Daxili təqaüd proqramı”ndan faydalanacaq.


Universitetdən

AZƏRTAC

-a bildiriblər ki, proqrama əsasən 2015-ci ilin fevral-iyun aylarında bir qrup tələbə aylıq təqaüd alacaq. Təqaüdlərin məbləği orta akademik müvəffəqiyyət göstəricisi və payız semestrinin nəticələrinə əsasən müəyyənləşdirlib.


Təqaüdə layiq görülən tələbələrdən 68-i bakalavriat, 21-i isə magistratura pilləsində təhsil alır.


Qeyd edək ki, Azərbaycan Universitetində peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən strategiyanın bir hissəsi olan “Daxili təqaüd proqramı” 2013/2014-cü tədris ilindən tətbiq edilir. Tələbələr universitetə qəbul balına və təhsil aldıqları müddətdə göstərdikləri nəticələrə uyğun olaraq bu proqramdan faydalanırlar.


Universitetin büdcəsindən maliyyələşən proqramın məqsədi gənclərin təhsilə motivasiyasını gücləndirmək, bacarıqlı və yüksək nəticələr əldə edən tələbələrə dəstək göstərməkdən ibarətdir. Proqram həm çalışqan tələbənin əməyini dəyərləndirməklə özünəinamı formalaşdırır və gücləndirir, həm də aztəminatlı ailələr üçün əhəmiyyətli sosial dəstək rolunu daşıyır. Proqramdan indiyədək təxminən 180 tələbə faydalanıb.