Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri TANAP-ın təməlqoyma mərasimində iştirak edirlər
Bu gün Türkiyənin Qars vilayətində Transanadolu qaz kəməri (TANAP) layihəsinin rəsmi təməlqoyma mərasimi keçirilir.
Trend
-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri
İlham Əliyev,
Rəcəb Tayyib Ərdoğanvə
Georgi Marqvelaşvili, eləcə də digər rəsmi şəxslər iştirak edirlər.
Qeyd edək ki, TANAP layihəsi qazın Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstan-Türkiyə sərhədi ilə Türkiyənin qərb sərhədlərinədək tədarükünü nəzərdə tutur.
Boru kəmərinin ilkin buraxılışının ildə 16 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Təqribən 6 milyard kubmetr Türkiyəyə, qalanı isə Avropaya tədarük ediləcək. Qaz Türkiyəyə 2018-ci ildə çatacaq, Transanadolu qaz kəmərinin tikintisindən sonra qaz təxminən 2020-ci ilin əvvəlində Avropaya tədarük olunacaq.
Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir.
Milli.Az