Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib
Bakı, 12 mart, Elvira Məmmədova,
AZƏRTACMartın 12-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Dünya Böyrək Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə respublikamızın dializ mərkəzlərinin, həmçinin özəl dializ mərkəzlərinin həkimləri, Mərkəzi Neftçilər Xəstəxanasının hemodializ və böyrəkköçürmə şöbəsinin əməkdaşları iştirak ediblər.
ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev bildirib ki, ənənəvi keçirilən konfransın məqsədi böyrək patologiyasına, böyrək xəstəsi olan insanlara diqqəti yönəltməkdir.
Sonra akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev “Azərbaycanda böyrək əvəzedici terapiyanın 2014-cü il registri” mövzusunda məruzə ilə çıxış edib.
Konfransda məruzələr dinlənilib, müzakirələr aparılıb.