Ölkə

Azərbaycan Texniki Universiteti Türkiyə universitetləri ilə əlaqələrini genişləndirir

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

Martın 18-də Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəbin Mövlana Mübadilə Proqramı çərçivəsində Türkiyədə təhsil alan tələbələri ilə görüş keçirilib.


Universitetdən

AZƏRTAC

-a bildiriblər ki, tələbələr qardaş ölkədə təhsil ilə bağlı təəssüratlarını danışıb, bu proqramın üstünlüklərini vurğulayıblar.


Qeyd olunub ki, Türkiyənin ali məktəblərinə başqa ölkələrdən gələn tələbələrə qrantlar verilir, proqram çərçivəsində bütün təhsil xərcləri universitet tərəfindən ödənilir. Bağlanmış protokol şərtlərinə əsasən, tələbələr ölkələrinə qayıtdıqdan sonra təhsillərini təkrarlamadan davam etdirirlər.


Görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mustafa Babanlı AzTU-nun əməkdaşlıq etdiyi yeni ali məktəblərin adlarını açıqlayıb, həmin universitetlərdə təhsilin təşkili barədə ətraflı məlumat verib. Bildirilib ki, AzTU ilə Türkiyənin daha doqquz universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Beləliklə, AzTU-nun Türkiyənin Mövlana Mübadilə Proqramı üzrə əməkdaşlıq etdiyi ali məktəblərin sayı 16-ya çatıb.