Digər
ANS PRESS
Azərbaycan təcavüzə məruz qalır
“Azərbaycan təcavüzə məruz qalır. Biz bunu hər gün, gündəlik həyatımızda hiss edirik”.
ANS PRESS-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib.
O bildirib ki, Azərbaycanın mədəniyyəti və dünyadakı imici bu təcavüzdən zərər görür:
“Ermənilər bizim həm mədəniyyətimizi, həm mətbəximizi, həm də tariximizi mənimsəmək istəyirlər. Onlar Azərbaycanın imicinə xələl gətirəcək xırda detallara da zərbə endirmək istəyirlər. Bu prosesin qarşısını almaq üçün bir iki nəfərin fəaliyyəti kifayət deyil. Buna görə bütün xalq birləşməlidir. İnvestorlar bir araya gəlməlidir. Birlikdə Azərbaycan xalqının mədəniyyətini qorumalı və dünyaya tanıtmalıyıq”.
MənbəANS PRESS