Ölkə

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Metbuat.az

Bakı, 8 mart,

AZƏRTAC

 


Martın 9-dan 13-dək Almaniyanın Hohenfels şəhərində Kombayn Rezolv-4 təliminin yekun planlaşdırma konfransı, martın 9-dan 20-dək Türkiyənin İzmir şəhərində hava sahəsinə nəzarət və idarəetmə kursu keçiriləcək.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, bundan başqa martın 10-dan 11-dək İstanbulda hərbi və təhlükəsizlik tədqiqatları üzrə beynəlxalq simpozium, martın 10-dan 19-dək Almaniyanın Qarmiş-Partenkirxen şəhərində ingilis dili fakültəsinin inkişafı mövzusunda işçi görüşü, martın 11-dən 13-dək Belqradda əməliyyat imkanları konsepsiyası, qiymətləndirmə və analiz proqramının məlumat bazası üzrə təlim kursu təşkil olunacaq.


Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.