İdman

Azərbaycan şahmatçısı Daşkənddə beynəlxalq turnirdə uğurla çıxış edir

Metbuat.az

Bakı, 16 mart,

AZƏRTAC

 


Daşkənddə keçirilən beynəlxalq qrossmeyster Qeorgiya Aqzamovun xatirəsinə həsr olunmuş 9-cu beynəlxalq şahmat turnirində 5-ci turun oyunları yekunlaşıb.


Azərbaycan Şahmat Federasiyasından

AZƏRTAC

-a bildiriblər ki, təmsilçimiz Eltac Səfərli 5-ci turda Qazaxıstan şahmatçısi Murtas Kazqaleyev ilə xalları yarı bölüb. Beləliklə, 5 turdan sonra aktivinə 4,5 xal yazan Rusiya təmsilçisi Vladislav Artemiev turnirə liderlik edir. Eltac Səfərli də daxil olmaqla 11 şahmatçı liderdən yarım xal az toplayaraq 4 xalla 2-12-ci yerləri bölüşdürür.


İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçirilən turnir martın 20-də başa çatacaq.