Ölkə

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə BMT arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Metbuat.az

Bakı, 9 mart,

AZƏRTAC

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Əşrəf Şıxəliyev BMT baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (BMT İP) Xarici Əlaqələr və Vəkillik Ofisinin rəhbəri Maykl O’Neil ilə görüşüb.


Xarici İşlər Nazirliyin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, görüşdə Ə.Şıxəliyev AİDA-nın fəaliyyət istiqamətləri və həyata keçirdiyi beynəlxalq layihələri barədə məlumat verib. Daha sonra tərəflər müxtəlif sahələrdə, eləcə də Ebola epidemiyası ilə mübarizədə AİDA və BMT İP arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.


AİDA Agentliyinin rəhbəri Ə.Şıxəliyev BMT-nin Kapitalın İnkişafı Fondunun icraçı katibinin müavini Xaviyer Mişon ilə də görüşündə informasiya-kommunikasiya texnologiyaları, maliyyə xidmətləri, su təchizatı və sanitariya sahələrində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.


Ə.Şıxəliyev, həmçinin BMT İP-in administratorunun köməkçisi, BMT İP-in Proqram Siyasəti Ofisinin direktoru Maqdi Martinez-Soliman ilə görüşüb. Tərəflər müxtəlif sahələrdə, o cümlədən Afrika ölkələrində Ebola epidemiyasının qarşısının alınması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.