Ölkə

Azərbaycan qadını həm fəal ictimai xadim, həm də qayğıkeş anadır

Metbuat.az

Ağdam, 8 mart,

AZƏRTAC

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Quzanlı qəsəbəsində bayram tədbiri keçirilib.


AZƏRTAC

xəbər verir ki, tədbirdə çıxış edənlər qadınları əlamətdar gün münasibətilə tədbrik edib, Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında fəal rolundan danışıblar.


Bildirilib ki, ulu öndər Heydər Əliyev həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirib, onlara böyük hörmət və ehtiramla yanaşıb. Onun bu siyasəti hazırda uğurla davam etdirilir. Azərbaycan qadınları bu gün bütün sahələrdə fəal təmsil olunurlar. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Səhiyyədə çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardır.