Azərbaycan polisi fahişəliyi təbliğ edən saytla bağlı hərəkətə keçdi - FOTO
Saytın faəliyyəti araşdırılaraq, müvafiq tədbirlər görüləcək
Bakıda əxlaqsızlığı yayan yeni sayt fəaliyyətə başlayıb.
Anspress
-in məlumatına görə, “Baku Escort” adı altında fəaliyyətə başlayan bu sayt, guya boş vaxtlarını sərfəli və səmərəli keçirmək istəyən insanlar üçün xidmət göstərir.
Əslində isə sayt fahişəliyi təbliğ edir. Saytda xanımların xidmətləri təklif edilir. Saytda dünyanın bütün yerindən fahişələr təklif olunur. Onların adları, çılpaq fotoları açıq şəkildə nümayiş edilir.
Qızları bəyənənlər üçün isə onlarla əlaqə yaratmaq üçün telefon nömrələri yazılır. Maraqlıdır ki, həmin sayta heç bir məhdudiyyət olmadan girmək mümkündür.
Məsələ ilə əlaqədar anspress Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri
Müşviq Əmirovaçıqlamasında bildirib ki, sayt qeydiyyatdan keçib. Müraciət əsasında rabitə nazirliyi hüquq-mühafizə orqanlarına müraciət edib. Saytın faəliyyəti araşdırılaraq, müvafiq tədbirlər görüləcək.
Milli.Az