Ölkə

Azərbaycan parlamentinin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Metbuat.az

[ 29 Mart 2015 10:58 ]


Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin növbəti iclası aprelin 3-də keçiriləcək.

Parlamentdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 22 məsələ və əlavə olaraq İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2014-cü il üzrə hesabat daxildir.

Gündəliyə daxil olan məsələlər sırasında Seçki Məcəlləsinə, “Polis haqqında” və bir sıra digər qanunlara dəyişikliklər var.