Ölkə

Azərbaycan Ordusu erməni polkovniki öldürüb

Metbuat.az

Fevralın 28-də cəbhə xəttində öldürülən hərbçilərdən biri podpolkovnikdir.



ANS PRESS-in məlumatına görə, bunu Ermənistan müdafiə naziri Seyran Ohanyan deyib.



Onun sözlərinə görə, həmin gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində öldürülən 1979-cu il təvəllüdlü Artak Aqekyan podpolkovnik, 1995-ci il təvəllüdlü Ayk Baroyan isə müddətdən artıq xidmət edən əsgərdir.



Xatırladaq ki, fevralın 28-də Ermənistan ordusu cəbhə xəttində ağır itki verib. Həmin gün saat 14:25 radələrində Qarabağın şimal-şərq hissəsində düşmənin diversiya-kəşfiyyat qrupunun 2 hərbçisi öldürülüb.



Daha sonra həmin gün erməni hərbi bölmələri ikinci dəfə diversiya edərkən 6 düşmən əsgəri məhv edilib.

Mənbə
ANS PRESS