Digər

Azərbaycan ordusu daha bir şəhid verdi

Metbuat.az
Azərbaycanın hərbi qulluqçusu şəhid olub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən

Trend

-ə verilən məlumata görə, martın 13-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.



Nəticədə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu

Quliyev Orxan Vaqif oğlu

düşmən tərəfindən açılan atəşdən şəhid olub.



Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır. Şəhid olmuş hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq və düşmənə vurulacaq zərbə daha da sarsıdıcı olacaq.



Nazirliyin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.



Milli.Az