Azərbaycan ödəniş sistemi Bosniya və Gürcüstan bazarlarına çıxır
Azərbaycanın "GoldenPay" ödəniş sistemi Bosniya və Gürcüstanın bazarlarına çıxır. ANS PRESS-in məlumatına görə, bunu Trend-ə "GoldenPay" şirkətinin baş direktoru Fərid İsmayılzadə deyib.
Onun sözlərinə əsasən, hazırda Bosniya və Gürcüstanın maliyyə sektorlarında təmsil olunan banklarla danışıqlar və bazarların öyrənilməsi üzrə işlər aparılır.
F.İsmayılzadə qeyd edib ki, reallaşdırılması planlaşdırılan layihə Azərbaycanda tətbiq edilən layihəyə oxşayacaq: "Söhbət "Visa" və "MasterCard" plastik kart sahibləri üçün onlayn ödənişin həyata keçirilməsi məqsədilə platforma qismində çıxış edən hesab.az portalından gedir".
"GoldenPay" şirkətinin Gürcüstan və Bosniya bazarlarına çıxmaq istədiyi tərəfdaşlar qismində müvafiq olaraq "TBC-bank" və "Rayffayzenbank" çıxış edirlər.
MənbəANS PRESS