Digər

Azərbaycan nə qədər neft satıb?

Metbuat.az

Bu ilin fevral ayı ərzində 2 milyon 345 min 024 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.



ANS PRESS-in SOCAR-a istinadla verdiyi məlumata görə, bu həcmin 1 milyon 630 min 350 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.



Cari ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 4 milyon 824 min 320 ton təşkil edib.



Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il mart ayının 1-ə qədər Ceyhan limanından 266 milyon 763 min 410 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.



Bu ilin fevral ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə isə 2 milyon 230 min 224 ton Azərbaycan nefti nəql olunub.



Cari ilin yanvar-fevral aylarında bu kəmərlə 4 milyon 700 min 277 ton neft ötürülüb.



Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il mart ayının 1-ə qədər BTC-yə 268 milyon 540 min 123 ton neft vurulub. Bundan başqa, 2015-ci ilin fevral ayında BTC kəməri ilə 380 min 500 ton Türkmənistan və 247 min 022 ton Qazaxıstan nefti nəql olunub.

Mənbə
ANS PRESS